...Apardığım geniş müşahidələrimə əsasən, bircə onu deyə bilərəm ki, bu gün İrəvanda “haqsızlıq” baş alıb gedir. Nə iti tanıyırlar, nə də onun yiyəsini. Bəli, dediklərim həqiqətdir. İnanmırsınızsa, Siz də baxın...görün o gün nə olub?..
...Deməli, o vaxt, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə günahlandırılaraq ömürlük həbs olunan Hambik Sasunyan bu gün terrorçu kimi tanınsa da, amma ermənilər onu əsil “milli qəhrəmanları” kimi "tanıdırlar"
Erməni “qəhrəman” həm də “Erməni soyqırımında ədalət mübarizləri” qrupunun üzvüdür.
O da yadınızda olar ki, onun ömürlük həbsini şərti həbslə əvəzləmək üçün Ameikadakı erməni diasporu nələr eləmədi. Hətta deyilənə görə, Amerikadakı bəzi imkanlı ermənilər öz arvadlarını belə amerikalı səlahiyyətlilərə minnətçi saldırmışdılar.
Təbii ki, “erməni arvadı böyük qüvvədir”. (...44 günlük müharibədə Anna Akopyanın erməni arvadlarından təşkil etdiyi “zənən batalyonu”nu yadınıza salın, amma nə təəssüflər ki,“döyüşə girə bilmədilər”...Eşitdiyimə görə, bizim o cavan əsgərlərdın bəziləri bundan bir az "narazı" da qalmışdılar-A.B.)
Nə isə, belə görünür ki, ermənilərin “kişili- arvadlı” birgə fəaliyyətləri nəticəsiz qalmadı, budur, Sasunyan bu gün İrəvandadır.
...Amma ötən gün onun haqqında edilən “hazsızlıq” Nikol, elə onun polisləri üçün də “utanvericidir”. Niyə? Çünki bu gün erməni xalqının “qucağında gəzdirilməsinə layiq” olan birini İrəvan polisi “ictimai asayişi pozduğuna görə”, tutub həbsə basır. Özü də, onun erməni xalqı qarşısındakı xidmətlərini nəzərə belə almadan.
...Hə indi nə olsun ki, onun türk siyasətçiyə qarşı etdiyi əməli çoxları “xain əməli” kimi xarakterizə edir? Siz hələ bir onu “vicdan məhkumu” elan etmiş Daşnaksütyunun gözü ilə baxın. Unutmayın ki, hələ də Sasunyanın bütün xərclərini bu təşkilat ödəyir.
Nə isə...
Amma deyim ki, İrəvandakı erməni polisinə gətirilən Sasunyanı polis idarəsində tanıyıblar. Bəs, necə olmalıdır? Millət öz “qəhrəmanını” tanımalıdır.
Yeri gəlmişkən, bu yerdə Sasunyana qarşı edilmiş “haqsızlıq” məni də bir kaç söz deməyə vadar etdi...
Deyim ki, əslində, bu gün Ermənistanda bütün yaşananlara baxmayaraq, Nikol Paşinyan da elə özündən əvvəlki erməni rəhbərlərinin “bir az fərqli varislərindən” biridir. Gərək ki, “...biz ermənilərdə riyakarlıq ana bətnində olarkən yaranır” etirafı erməni şairi Çarensinə məxsusdur.
Məhz bu mənada, bu gün Nikol Paşinyanın erməni kimi, hansı hisslər keçirdiyini anlamaq elə də çətin deyil. Məsələ bundadır ki, hazırda Nikol umzaladığı rəsmi sənədlərin girdabındadır. Yəni həmən sənədlərin “əsirinə çevrilib”. Mənə elə gəlir ki, əgər bu gün üçtərəfli imzalanmış sənəd olmasaydı, bu halda Nikol da sələfi Serjik kimi sonradan dediklərini danarlardan biri olacaqdı.
...Gərək ki, yadınızda olar: 2016-cı ilin aprelində cəmi 5 gün çəkən döyüşlərdə məğlub duruma düşüb qaçan ermənilərin o vaxtkı rəhbəri Serjik Sarkisyan “quyruğu qapı arasında qalan tülkü” kimi, ilan dili çıxardı və elə tülkü cildinə də girərək Azərbaycanın bütün tələbləriylə razılaşacağına söz verdi.
Amma, deyim ki, bütün bunlar rəsmi sənəddə yer almadığı üçün sonradan Serjik Sarkisyan tərəfindən danıldı. Yəni Sarkisyan, dünyada analoqu olmayan, əsil erməni simasızlığını bir daha nümayiş etdirdi...
...Deyəsən, əsil mətləbdən bir az uzaqlaşdıq axı... Hə, yadıma düşdü, gərək ki, ermənilərin “özlərinə layiq qəhrəmanı” Hambik Sasunyandan danışırdıq...
Deməli, İrəvanda tanımadığı erməni polislər tərəfindən həbs edilən Hambiki polislər polis maşınına dürtərkən, polislərdən biri onun başına iki qapaz da vurub: “...amma mən heç nə demədim, bircə onu deyə bilərəm ki, polisin münasibətindən çox məyus oldum”.
Gəlin, elə biz də erməni Hambikin bu səmimi etirafını, bütün ermənilərin səmimiliyinin kiçik bir nümunəsi kimi qəbul edəyin. (...hə,bir də...yuxarıda qurduğum cümlədə polis sözünün çox işlənməsindən belə görünür ki, onların, yəni polislərin sayı çox olub. Yoxsa vaxtilə türk səfirinə xaincəsinə güllə atıb qaçmağa çalışan Hambiki indi hansısa bir erməni polisi tutub maşına basa bilməsi Sizlərə asan görünməsin-A.B.)
“...Nikol, ayıb olsun sənə, sən min dəfə utanmalısan. Tüpürürəm sənə...”
Deyim ki, bu isə erməni mədəniyyətinin gözəl bir nümunəsi kimi təqdir olunmalıdır...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB