Afrika qitəsinin qərbində yerləşən Nigeriya son dörd ildə İspaniyanın əsas xam neft ixracatçısı olub. Əvvəllər bu mövqeni Meksika, İran və Rusiyanın özü tuturdu.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniyanın karbohidrogen tədarükünün təhlükəsizliyini təmin edən İspaniyanın “Cores” şirkətinin məlumatına görə, Nigeriya ötən il İspaniyaya 10,3 milyon ton neft ixrac edib. Bu, Meksika, Liviya, Qazaxıstan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq və Rusiyadan xeyli çoxdur. 2020-ci ildə Avropa İttifaqı daxilində İspaniyanın payına bütün Nigeriya neft satışlarının 31 faizi düşür. Beləliklə, İspaniya Nigeriyadan ən çox neft alan dünyada ikinci ölkədir. 2020-ci ildə satışlar 2,517 milyard avro təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB