Çərşənbə günü baş nazir Mark Rutte bildirib ki, Niderland Ukraynaya əlavə ağır silah tədarükünü nəzərdən keçirir. SİA bu barədə rus saytlarına istinad edir.
Rutte Vladimir Zelenski ilə telefon danışığından sonra “Twitter” hesabında yazıb: " Niderland Almaniya, Belçika və Böyük Britaniyaya əlavə ağır silahların tədarükündə qoşula biləcəklərini qiymətləndirir".
Bundan əvvəl krallığın müdafiə naziri Kaysa Ollonqren Niderlandın Kiyevi zirehli transportyorlardan başlayaraq ağır hərbi texnika ilə təmin edəcəyini açıqlamışdı. Daha sonra o, Niderlandiyanın Almaniya ilə əməkdaşlıq edərək Ukraynanı özüyeriyən artilleriya qurğuları ilə təchiz etmək planlarından da danışıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB