Rusiya neftindən imtina Avropa üçün ağrılıdır?

Rusiya neftindən imtina Avropa üçün ağrılıdır?

Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Aro Fransanın “BFMTV” telekanalının efirində Rusiya neftindən kəskin imtina ediləcəyi təqdirdə Avropa iqtisadiyyatının ağrılı nəticələrlə üzləşəcəyini bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri öz vətəndaşlarının iqtisadiyyatı və rifahı üçün məsuliyyət daşıyırlar. Keçmiş səfir qeyd edib ki, Avropa öz üzərinə uzunmüddətli öhdəliklər götürür.

“Bəli, biz Rusiyadan karbohidrogenlərdən asılılığı azaltmalıyıq, lakin kəskin imtina iqtisadiyyatımız üçün ağrılı nəticələrlə nəticələnəcək", -deyə Jerar Aro xəbərdarlıq edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiya neftinin idxalına embarqo ilə bağlı razılığa gələ bilməyiblər.

Belə ki, Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan da daxil olmaqla bir sıra ölkələr üçün Rusiya neftindən mərhələli şəkildə imtina təklifləri narahatlıq doğurub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə