“ABŞ Ukraynanın güclənməsi üçün hər şeyi edir”

“ABŞ Ukraynanın güclənməsi üçün hər şeyi edir”

Vaşinqton Ukraynanın hərbi potensialının güclənməsi və Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənməsi üçün mümkün olan hər şeyi edir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.

“Dediyimiz kimi, biz Ukraynanın qələbəsini istəyirik. Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edə bilsin, Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənsin” – deyə Psaki bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə