ABŞ-ın Havanadakı səfirliyi Kuba vətəndaşları üçün immiqrasiya vizası müraciətlərinə baxılmasını bərpa edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mayın 4-də Amerika diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
ABŞ-ın Havanadakı səfirliyi Kuba vətəndaşları üçün immiqrasiya vizası müraciətlərinə baxılmasını bərpa edib. Bu barədə mayın 4-də Amerika diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
“...Biz şadıq ki, Havanada immiqrasiya vizalarına məhdud şəkildə də olsa yenidən baxılmasına başlanılıb. Ümid edirik ki, gələcəkdə daha da çox immiqrasiya vizalarını emal edə biləcəyik və Havanada konsulluq xidmətlərini genişləndirməyə davam edəcəyik”, - ABŞ səfirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Kuba vətəndaşları üçün bu növ viza üçün müraciətlərə baxılması bir neçə ildən sonra bərpa edilib. Bütün bu müddət ərzində mühacirət etmək istəyən kubalılar sənədlərini təqdim etmək üçün Amerikanın Kolumbiya və Qayanadakı diplomatik nümayəndəliklərinə müraciət etməli olublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB