Ukrayna ərazisinə silsilə raket zərbələri vuran ruslar daha çox Ukraynanın qərbindəki kritik infrastruktura, o cümlədən enerji mənbələri və nəqliyyat qovşaqlarını dağıtmağa çalışırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Pentaqonun sözçüsü Con Kirbi CNN-ə bildirib.
Pentaqon sözçüsü bu zərbələrə baxmayaraq, ABŞ-ın əvvəlki kimi regiona hərbi yardım, o cümlədən “silah sistemləri” və digər resurslar “göndərə” biləcıyini də istisna etməyib.
“...ABŞ bilir ki, silah və digər resurslar hələ də Ukraynaya daxil olur, “çünki biz ukraynalılarla hər gün danışırıq”- deyən Kirbi, Lvova raket hücumu zamanı Rusiya raketinin bir parçasının patrul polisinin avtomobilinə dəydiyini də bildirib.
Qeyd edək ki, mayın 3-də, axşam saatlarında Ukrayna rusların güclü raket hücumuna məruz qalıb. “Ukrzaliznitsa”nın məlumatına görə, bu hüum zamanı Ukraynanın mərkəzində və qərbində altı stansiyaya ziyan dəyib.
Bu arada ölkənin İnfrastruktur Nazirliyi raket zərbələrinin bu cür ssenarilərinə əvvəlcədən hazırlaşdıqlarını və alternativ logistik marşrutlar hazırladıqlarını bildirib.
Yeri gəlmişkən, mayın 4-də də Rusiya Federasiyası Ukraynanın bir sıra bölgələrinə yenidən hava zərbələri endirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB