Ruslar Putin ümumi səfərbərlik çağırışına elə də sevinməyəcəklər.
Ukraynanın “UNİAN” saytı xəbər verir ki, bu fikri Mark Feyqinlə efirdə hərbi ekspert Yuri Fedorov deyib.
SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Hərbi ekspertin sözləinə görə, bu təkcə ona görə yox ki, ailənin təminatçısı cəbhəyə döyüşə gedəcək. Məsələ bundadır ki, ailənin çörək verəni özü ölümə getmək istəmir. Bundan əlavə, səfərbərlik haqqında qanunun şərtləri də əhali arasında həvəs oyatmayacaq. Doğrudan da, kim maşınını vermək və ya dəfn komandasına yazılmaq istəyər axı? ..
Bütün bunlardan əlavə, Rusiya Federasiyası əhalisinin ən az yarısının həyatı qırıla bilər.
Ekspert böyük ehtimalla, yerli məmurların da səfərbərliyə qarşı olacaqlarını, bu məsələləri “dırmlamaq” istəməyəcəklərini bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasında səfərbərliyə hazırlıq işartılarının olduğunu bildirmişdi.
Kreml isə, Putinin Ukraynaya müharibə elan etmək və mayın 9-da Rusiya Federasiyasında səfərbərlik etmək niyyətində olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB