“Moskva strateji təhdidlərə zərbə ilə cavab verəcək”

“Moskva strateji təhdidlərə zərbə ilə cavab verəcək”

Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Moskvanın strateji təhdidlərə zərbə ilə cavab verəcəyini bildirib. Qeyd edək ki, o bunu “Rossiya 24” telekanalının efirində bildirib.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Ukraynada nüvə müharibəsi ilə bağlı heç bir məqsəd güdmür. Qavrilov həmçinin Qərb dövlətlərinin Ukrayna ərazisində təxribat törətməsini də istisna etməyib. O, Moskvanın buna hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın onların təhlükəsizliyinə təhdidlə bağlı bəyanatlarının dünyada Rusiyaya münasibətdə müşahidə olunan isteriya yaratmadığını bildirmişdi. “...Birləşmiş Ştatlar sərhədlərindən on min kilometr uzaqda təhdid olunduğunu deyəndə, bəzi insanlar gileyləndi, bəziləri narahatlığını bildirdi”- deyə Lavrov bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə