“Bu bizim mehriban qonşuluğumuza xələl gətirəcək”

Zaxarova Finlandiya və İsveçin NATO-ya daxil olmasını onları Rusiya ilə qarşıdurma məkanına çevirəcəyini bildirib
“Bu bizim mehriban qonşuluğumuza xələl gətirəcək”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması bu ölkələri NATO ilə Rusiya arasında “qarşıdurma məkanına” çevirəcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,

bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Zaxarovanın sözlərinə görə, Finlandiya və İsveç ittifaqa qoşulsalar, Şimali Atlantika bloku ilə Rusiya arasında qarşıdurma məkanına çevriləcəklər. Bundan əlavə onların bu addımı uzun zamanın sınağından keçmiş mehriban qonşuluq münasibətlərimizə xələl gətirəcək.

Nazirlik səlahiyyətlisi əlavə edib ki, Moskva NATO-nu Finlandiya və İsveç tərəfdaşları ilə müzakirə edib: “Amerikalılar və NATO-nun Brüsseli tədricən skandinaviyalıları alyansın fəaliyyətinə cəlb edir”- deyən Zaxarova Rusiyanın bu prosesi izlədiyini də etiraf edib.

Bundan əvvəl Xorvatiya prezidenti Zoran Milanoviç Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoya biləcəyini bildirmişdi. O, həmçinin bildirib ki, bu ölkələri alyansa cəlb etməyi “təhlükəli şarlatanlıq” hesab edir. Bundan əlavə, Xorvatiya prezidenti Bosniya və Herseqovinanın seçki qanunvericiliyində bosniyalı xorvatların xeyrinə dəyişikliklərə çağırıb. Milanoviç bu ölkələrin ittifaqa girməsinə qarşı olmadığını açıqlayarkən, bunun "qəzəbli ayının gözünə qələmlə soxmaq" kimi olduğunu bildirib.

Bundan əvvəl məlum olub ki, artıq mayın 12-də Finlandiya Şimali Atlantika Alyansına üzvlüklə bağlı yekun qərar qəbul edə bilər.

Yeri gəlmişkən, aprelin sonunda NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulması prosesinin sürətli olacağına söz verib. Onun sözlərinə görə, bu ölkələr NATO-ya üzvlük üçün müraciət edib-etməmək barədə özləri qərar verməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə