Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi sanksiya üçün yeni namizədlər siyahısını hazırladığını, bu siyahıya Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill və müğənni Mikola Rastorquyevin də daxil edildiyini açıqlayıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
bu barədə “RİA Novosti” məlumat yayıb.
Ümumiyyətlə rus saytlarının yazdığına görə, idarənin məlumatında bu siyahıya 3,4 mindən çox rusiyalı və hərbi xüsusi əməliyyatı dəstəkləyən Rusiya şirkətləri daxildir.
Xatırladaq ki, bundan əvvəl Litva patriarxtına qarşı sanksiyalar tətbiq etmək təklif edilmişdi.
Maraqlıdır ki, Rus Pravoslav Kilsəsi bu cür hərəkətləri sağlam düşüncənin rədd edilməsi adlandırıb.
Rastorquevə bu ilin yazında Latviyaya giriş qadağan edilib. Müğənni “Latviya güclərinin” hamısının “fahişə” olduğu üçün vecinə olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB