Ukrayna Belarusun Rusiyanın müttəfiqi kimi müharibəyə girməsi ehtimalına hazır olduğunu bəyan edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, fevralın 24-dən Rusiya-Ukrayna müharibəsi davam edərkən qonşu ölkələrdə də bir fəallaşma görünür.
Belarus ordusunun 4 mayda qəfil hərbi təlimə başlamasından sonra Ukraynadan açıqlama gəlib.
Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko deyib: “Belarus Rusiya tərəfində müharibəyə girərsə, Rusiya Belarus ərazisindən və Belarus Silahlı Qüvvələrindən Ukraynaya qarşı istifadə edərsə, Ukrayna buna hazırdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB