Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir...
Suriyada “Zeytun budağı” əməliyyatı bölgəsində terrorçuların raket hücumu nəticəsində bir Türkiyə əsgəri şəhid olub. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Hücumdan sonra müəyyən edilmiş terror hədəfləri atəşə tutulub və ilkin məlumata görə, separatçı terror təşkilatı PKK/YPG-nin 24 üzvü zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: “Suriyada “Zeytun budağı” əməliyyatı bölgəsində terrorçuların həyata keçirdiyi raket hücumunda bir əsgər ağır yaralanıb və aparıldığı xəstəxanada edilən bütün cəhdlərə baxmayaraq şəhid olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB