Əfqanıstanda hakimiyyətə gəldiyi gündən qadın hüquqlarını məhdudlaşdırdığına görə beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilən Taliban bu dəfə qadınlara sürücülük vəsiqəsi almağı qadağan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstanın ən liberal şəhəri olan Heratda Taliban liderlərinin sürücülük məktəbləri və təlimatçılarına “qadınlara sürücülük vəsiqəsi verməməsi” tapşırdıqları bildirilib.
Sürücülük vəsiqəsi kurslarını idarə edən Herat Yol İdarəetmə İnstitutunun rəhbəri Jan Ağa Açakzai bildirib ki, qadınlara vəsiqə verməyi dayandırmaq üçün şifahi göstəriş aldıq. Lakin indiyədək qadınların şəhərdə avtomobil idarə etməsinə mane olmaq üçün göstəriş verilməyib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB