Evlərində nəhəng hörümçəklə yaşayırlar

Evlərində nəhəng hörümçəklə yaşayırlar

Avstraliyalı ailə öz evində nəhəng hörümçəklə birlikdə yaşayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ailə hörümçəyin ən böyük faydasının evi zərərvericilərdən uzaq tutması olduğunu bildirib.

Ceyk Qrey və ailəsi “Şarlotta” adını verdikləri nəhəng hörümçəklə Avstraliyanın Kvinslend şəhərində yaşayırlar. Hörümçəyin daha da böyüyəcəyini görməyə ümid etdiyini dilə gətirən Qreyin sosial media hesabında paylaşdığı foto görənləri qorxudub. Bəzi istifadəçilər hətta evi yandırmaq fikrində olub-olmadığını soruşublar.

Qeyd edək ki, ovçu hörümçəkləri adlanan “Sparassidae” cinsinin hörümçəkləri on beş düyümədək böyüyə bilər və göründüyü qədər təhlükəli deyil.

Çox sürətlidirlər və nadir hallarda insanları dişləyirlər. Bu dişləmə çox zərərli deyil. Ölçüsünə görə son dərəcə güclü və asanlıqla kərtənkələ və ya siçanı yeyə bilərlər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə