Rusiya xarici işlər naziri Sergey Lavrovun "Hitler yəhudiydi" və "ən böyük antisemitistlər yəhudilərdir" sözlərindən sonra Rusiyanın İsrail səfiri Anatoli Viktorov Təl-Əvivdəki Xarici İşlər Nazirliyinə çağırılıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Rusiya nazirinin sözlərini “faciəvi” adlandırıb.
İsrailin xarici işlər naziri Yair Lapid “Yediot Ahranoth”a müsahibəsində sözügedən mövzu ilə bağlı deyib: “Sergey Lavrov İtaliya telekanalına müsahibəsində “Deyirlər ki, Ukrayna prezidenti Vladimir Zelenski yəhudidir. Məncə, Hitlerin də yəhudi kökləri olub. Ən böyük antisemitlər yəhudilərdir" deyib. Onun sözləri bağışlanmayan, qalmaqallı və dəhşətli tarixi səhvdir. Rusiyadan üzrxahlıq gözləyirik.
Rusiyanın İsrail səfiri “asan olmayan görüş üçün” İsrail Xarici İşlər Nazirliyinə çağırılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB