UNMAS minatəmizləmə xidməti BMT-nin digər bölmələri ilə birlikdə Ukraynanın xahiş etdiyi yardımın göstərilməsi sxemlərini hazırlayır.
SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
BMT Xidmətinin nümayəndələri minalardan təmizlənməni tələb edən yerlərdə ehtiyaclar haqqında məlumat toplayır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 300 min kvadrat kilometr ərazi təmizlənməlidir. Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sədr müavini Dmitri Bondar BMT-ni Suriya, İraq və Somalidə təcrübəyə malik mütəxəssisləri gətirməyə, həmçinin innovativ iş üsulları və ən son avadanlıqları bölüşməyə çağırıb.
Tərəflər Ukrayna ərazilərinin Rusiya təcavüzünün qalıqlarından təmizlənməsi üzrə səyləri əlaqələndirmək, ukraynalı mütəxəssislərin hazırlanması və yenidən hazırlanmasına BMT Xidmətinin nümayəndələrini cəlb etmək barədə razılığa gəliblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB