Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə Afrikada və dünyada ərzaq, enerji və iqtisadi böhranı daha da kəskinləşdirib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Seneqal prezidenti Makki Sall ilə keçirdiyi birgə mətbuat konfransında demişdi.
Qeyd edək ki, təşkilat rəhbəri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin həm Afrikada, həm də bütün dünyada açıq şəkildə hiss olunduğunu bildirmişdi.
Budur bunu İtaliya Baş naziri Mario Draqi təsdiq edir. Onun dediyinə görə, “...iqtisadi baxımdan münaqişə qlobal təchizat zəncirlərinin fəaliyyətində qeyri-sabitliyə, xammal və enerji qiymətlərində qeyri-sabitliyə səbəb olub. Müharibə və Rusiyanın Qara və Azov dənizləri limanlarına tətbiq etdiyi blokadaları səbəbindən Ukraynanın məhsul ixracı dağılıb. Ukrayna Avropa Birliyinin dördüncü ən böyük xarici ərzaq tədarükçüsüdür, dünya taxıl ixracının dörddə birindən çoxu Rusiya və Ukraynanın payına düşür”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB