Erməni müxalifəti sakinləri vətəndaş itaətsizliyinə çağırıb

Erməni müxalifəti sakinləri vətəndaş itaətsizliyinə çağırıb

"Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan ölkə vətəndaşlarını bu gün saat 12:00-dan 14:00-a kimi yenidən etiraz aksiyalarına və itaətsizliyə – yolları, küçələri bağlamağa çağırıb.

“Saat 15:30-da bu meydana toplaşmalıyıq. Sabah (bu gün-red) Ermənistan Milli Məclisində hökumətlə sual-cavab sessiyası keçiriləcək. Saat 16:00-da Nikol (Baş nazir Paşinyan-red) Milli Məclisə gələcək. Onun istefasını tələb etmək üçün saat 15:30-da burada olmalıyıq. Bunun üçün sizin iştirakınız çox vacibdir”, – o, bildirib.

Saqatelyan əsl tətilə və dərslərin boykotunun genişləndirilməsinə çağırıb. SİA bu barədə erməni saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə