Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada, ümumiyyətlə Ukraynanın hər yerində xüsusi hərbi əməliyyatın ikinci mərhələsinə ehtiyac olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ramzan əsas məsələ kimi ikinci mərhələyə başlamağı məsləhət görür. Özü də təkcə, Luqansk və Donetsk ərazisində deyil, bütün Ukrayna ərazisində.
Çeçenistan rəhbərinin sözlərinə görə, Ukraynaya daxil olan xarici silahlar yerli sakinlərə satılır. Ona görə də, Ramzan bu xaosa, bu qanunsuzluğa son qoymaq üçün Ukraynada xüsusi əməliyyatın ikinci mərhələsini başlamağı təklif edir.
Qeyd edək ki, bundan əvvəl Kadırov LXR və Çeçenistan döyüşçülərinin Luqansk Xalq Respublikasında bütün cəbhə xətti boyunca genişmiqyaslı hücumu barədə məlumat vermişdi.
...Bəli, Ramzan yenə də “hücum” təklifiylə çıxış edir. Amma, nədənsə o bu gün Rusiyanın “xalaya...dayı” demək iqtidarında olmadığını unudur...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB