...Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya fevralın 24-dək öz sərhədlərinə qayıdıb və işğal olunmuş Krımı qaytarmalı idi. Amma...
SİA xəbər verir ki, o, bu barədə “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların görüşündəki videoformatda çıxış edərkən bildirib.
Məhz buna görə də Zelenski bu gün (?) Rusiya Federasiyası ilə aparılan sülh danışıqlarının uğurlu olacağına şübhə etdiyini bildirib.
“Bizim danışıqlar qruplarımız öz iştirakçıları səviyyəsində qarşılıqlı fəaliyyət göstərir. Onlar liderlərin görüşünə hazırlığı müzakirə edirlər. Mən, həqiqətən, belə danışıqlara inanmıram", - bunu Ukrayna prezidenti deyib.
Qeyd edək ki, bundan əvvəl Zelenski həm Rusiya, həm də Avropa ölkələrinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın bərpasında iştirak etməli olduğuna inandığını bildirmışdi.
Xatırladaq ki, Rusiya haqqında danışarkən Zelenski, yenidən təzminat mövzusunu xatırladıb. Belə ki, o iddialıdır... “Rusiya Ukraynaya təzminat ödəməlidir”.
Bir daha qeyd edək ki, rus qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya daxil olub. Onlar əvvəlcə hərbi obyektləri , daha sonra isə mülki şəhərlərə, xüsusən Kiyev, Çerniqov, Xarkov, Lvov, Nikolayev, Xerson, Odessa və Mariupola hücum edərək bombalayıblar. Rusiya Federasiyasının hakimiyyət orqanları Ukraynadakı müharibəni, xüsusən də Ukrayna vətəndaşlarının “denazifikasiyası”na yönəlmiş “xüsusi əməliyyat” adlandırıb.
...Bu arada Prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna ilə Rusiya arasında müharibənin 2042-ci ilə qədər davam edə biləcəyini proqnozlaşdırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB