Nigeriyanın cənub-qərbindəki Laqos ştatında üçmərtəbəli binanın çökməsi nəticəsində azı 8 nəfər ölüb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,
bu barədə bazar ertəsi fövqəladə hallar üzrə dövlət koordinatoru İbrahim Farinloye məlumat verib.
Onun sözlərinə görə, 23 nəfər xilas edilib.
Axtarış-xilasetmə işləri davam edir.
Ölənlərin sayının artması ehtimalı var.
Nigeriya prezidenti Mohammadu Buhari hadisə ilə bağlı kədərini ifadə edib.
Buhari səlahiyyətliləri bu cür hadisələrə son qoymaq üçün peşəkar təşkilatlarla yaxından işləməyə çağırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB