BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, belə məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib.
Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 000-dən çox mülki şəxs həlak olub.
“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 153 nəfərin öldüyünü və 3 316 dinc sakinin xəsarət aldığını təsdiqləyə bilib. Bunlar fevralın 24-dən mayın 1-nə keçən gecə yarısına qədər olan məlumatlardır”, – komissarlıqdan bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB