Avropa yeni qaz təchizatçıları tapıb

Avropa yeni qaz təchizatçıları tapıb

Avropa Rusiyanın enerji resurslarından, Rusiya iqtisadiyyatı isə onların satışından əldə edilən gəlirdən asılıdır. Qeyd edək ki, bunu bir müddət bundan əvvəl beynəlxalq qeyri-kommersiya tədqiqat mərkəzi-TNI yazmışdı. Təbii ki, bu, həmişə belə olub, amma indi artıqƏ dönüş nöqtəsi çatıb. Belə ki, Ukraynadakı vəziyyət Avropa İttifaqında enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və resursların tədarükü üçün daha etibarlı variantlar üzərində düşünməyi zəruri edib. Rusiyanın xüsusi əməliyyatı bütün Avropa İttifaqı üzvlərini etibarlı enerji təchizatı haqqında düşünməyə məcbur etdi.

Qetd edək ki, bu gün Avropa rus qazından asılılığı azaltmaq üçün müxtəlif variantlardan biri kimi, indi də bir çox Afrika ölkələri, o cümlədən Anqola, Niger və Seneqalla danışıqlar aparır.

SİA-nın xəbərinə görə, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Məlumatda göstərilir ki, məqsəd enerji sahəsində Rusiyadan asılılığı azaltmaqdır. Avropa Komissiyası qaz təchizatına görə yaxın həftələrdə Afrika ölkələri ilə müzakirələrə başlaya bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə