Mayın 2-dən 13-dək Rumıniyada xüsusi təyinatlıların beynəlxalq təlimləri keçiriləcək.
SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
"Trojan Footprint 22" adlı təlimlər ABŞ-ın Silahlı Qüvvələrinin Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığı tərəfindən planlaşdırılır və əlaqələndirilir.
"Trojan Footprint 22" eyni vaxtda Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Estoniyada keçirilir", - deyə Nazirlikdən bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB