ABŞ prezidenti Cozef Bayden Ramazan ayının başa çatması şərəfinə təşkil edilən ziyafətdə zarafat edərək, xristianların “oruc tutarkən” daha çox çətinlik çəkdiklərini bildirib.
SİA bu barədə “ramblr”ə istinad edir.
Baydenə görə, “...üç əsas din bir çox cəhətdən oxşardır, amma bilmək istəyirəm ki, Ramazanda sizin bir az üstünlüyünüz var: 40 gün oruc tutmalıyam. 40 gün şirniyyatsız və dondurmasız” - deyə Amerika prezidenti gileylənib.
Qeyd edək ki, Bayden bunu Ramazan ayının başa çatması ilə bağlı təşkil edilən ziyafətdə bildirib və təbii ki ziyafət iştirakçıları bu iradları gülüşlə qarşılayəblar.
“Onilliklər ərzində ilk dəfə olaraq üç İbrahim dininin müqəddəs günləri eyni vaxta düşür. Bu barədə fikirləşin. Bu bir mesajdır. Mən buna həqiqətən inanıram”, - deyə Bayden əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB