Xüsusi əməliyyat zamanı Ukrayna silahlı qüvvələri 7 texnika və 100-dən çox canlı qüvvə itkisinə məruz qalıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
“...Döyüşlər zamanı düşmən 7 texnika və 100-dən çox canlı qüvvə itkisinə məruz qalıb. “Bandera”nın məhv edilməsi və sürətli hücum davam edir”. Bunları bəyan edən Ramzan Kadırov daha sonra Yujnı kəndində yerləşən “Zarya” zavodundan tutmuş rus ordusunun “çeçenlərlə əl-ələ verib” Voevodovka kəndinə qədər bütün cəbhə xətti boyunca hücuma keçdiklərini də bildirib.
...Və Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov üçün deməyə heç nə saxlamayıb.
Deyərdim ki, bu, Kadırov tərəfdən rus generala qarşı haqsizlıqdır, hörmətsizlikdir...mən buna lap mərdimazarlıq deyərdim.
Maraqlıdır ki, bundan sonra Kadırov qarşıdakı günlərdə Ukrayna, ümumiyyətlə ukraynalılarla necə davranacağını da “xırdalayıb”.
Beləliklə, onun sözlərinə görə, rəhbəri olduğu “Axmat” xüsusi təyinatlıları Ukrayna Silahlı Qüvvələrinin qoyub qaçdıqları xeyli silah-sursatı ələ keşirib. O, Ukrayna hərbçilərinin artıq panikaya düşdüklərini də bildirib.
Kadırob daha sonra Ukrayna tərəfinin artilleriyadan istifadə etməsinin Rusiya Federasiyası Silahlı Qüvvələrinin işinə yaradığını deyib. Rusiya ordusunun fevralın sonundan Ukraynada xüsusi əməliyyata başladığını xatırladan Ramzan Rusiya prezidenti Vladimir Putinin “humanizm”indən, onun məqsədinin Ukraynanı işğal etmək yox, demilitarizasiya və denazifikasiya etmək olduğunu bildirib.
Kadırovun dediyindən belə başa düşülür ki, Rusiya bu gün "döyüşmür", “sadəcə olaraq” Donbass sakinlərinə kömək edir. Yəni Ukraynanın Donbasa gözlənilən hücumunun qarşısını alır.
...Bununla yanaşı, o Rusiya Silahlı Qüvvələrinin hücum hərəkətlərinin müxtəlif istiqamətlərdə həyata keçirildiyini deyir. Xarkov və Nikolayev kimi şəhərlərin ruslar tərəfindən bloklandığını, Xerson və Zaporojye vilayətinin böyük bir hissəsinin tam nəzarət altına aındığını, “LNR” və “DNR”-nin əhəmiyyətli ərazilərinin "azad edildiyini" bildirir.
Gəl, indi bu Kadırovun dediklərindən baş aç, görüm necə baş açırsan...yaxşı bunlar əgər Donbass əhlin qoruyurlarsa, bəs onda Ukraynanın Xarkov, Nikolayev kimi şəhərlərinə niyə hücum edirlər?
..Sizi bilmirəm, amma mən əminəm ki, Ramzanın bu cür vətənpərvərliklə dolu lakonik çıxışından sonra “nazirliyin “ştatnoy” xəbər yayanı” general-mayor İqor Konaşenkovu çətin ki, işdə saxlasınlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB