Deyən, bu “bədlik” Belqoroddan heç “əl çəkmək” istəmir...
Beləliklə, bu dəfə Belqorod yaxınlığındakı ticarət mərkəzində yanğın baş verib.
SİA xəbər verir ki, “BelPress”in məlumatına görə, yanğın Belqorod vilayətinin Tavrovo kəndində baş verib.
Yanğın barədə məlumat saat 20:04-də daxil olub. Hadisə yerinə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Verilən məlumata görə, yanğın təxminən 100 kvadratmetr ərazini əhatə edib.
Saat 21:34-də yanğın lokallaşdırılıb. Saat 21:57-də yanğın söndürülüb. Yanğının səbəbi məlum deyil. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Görən, Ukraynanın təxribatı deyil ki?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB