İtaətsizlik aksiyası davam etdiriləcək

İtaətsizlik aksiyası davam etdiriləcək

Müqavimət hərəkatı sabah səhər itaətkarlığını davam etdirəcək. Bu barədə mayın 2-də Fransa meydanında “Vətən” partiyasının lideri və “Mənim şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan məlumat verib. SİA bu barədə erməni saytlarına istinad edir.

"Mübarizəmiz sabah səhər də eyni məcrada davam edəcək. Bizə qoşulun", - Vanetsyan deyib.

Öz növbəsində Müqavimət Hərəkatının koordinatoru, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan bəyan edib ki, onların planlaşdırdıqları hər şey plan üzrə və hətta vaxtından əvvəl gedir.

O, həmçinin sabah Vyanada münasibətlərin normallaşdırılması üzrə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünün keçiriləcəyini xatırladıb və hazırkı hakimiyyət bu danışıqları aparmaq üçün mandat almadığından səyləri əbəs yerə sərf etməməyə çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə