Rusiya Federasiyasının Perm şəhərindəki barıt zavodunun ərazisində baş vermiş yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi Perm ərazisi üzrə Dövlət Əmək Müfəttişliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, hadisə mayın 1-i axşam saatlarında baş verib. Belə ki, zavodun istehsal sahəsindəki məhsullardan biri od alaraq yanıb.
“Hadisə nəticəsində 3 zavodun işçi xəsarət alıb, onlardan biri hadisə yerində ölüb, ikisi isə xəstəxanaya aparılıb. Xəstəxanaya aparılnlardan biri də sonradan xəstəxanada ölüb”, - məlumatda deyilir.
Hazırda İstintaq Komissiyası hadisənin səbəblərini müəyyənləşdirir.
..Deyirəm, görən burada “təxribatçı” Ukraynanın “təxribatçı” barmağı yoxdu ki?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB