Gürcüstanın Aİ-yə üzvlük sorğusunun birinci hissəsi təqdim edildi

Gürcüstanın Aİ-yə üzvlük sorğusunun birinci hissəsi təqdim edildi

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsəinin tamamladığı birinci hissəsini təşkilata təqdim edib. SİA xəbər verir ki, sənədi Baş nazir İrakli Qaribaşvili Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzelə təhvil verib.

Anket vərəqəsinin ikinci hissəsinin mayın 13-dək təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstan Aİ-yə tamhüquqlu üzvlüklə bağlı rəsmi müraciəti 2024-cü ildə etməyə hazırlaşırdı. İ.Qaribaşvili bu il martın 3-də üzvlüklə bağlı müraciət imzalayıb. Qonşu ölkə sorğu vərəqəsini aprelin 11-də təhvil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə