Dünən səhər saatlarından etibarən İraqa təsir edən qum fırtınası səbəbindən 400-dən çox adamın xəstəxanaya yerləşdirildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraqda aprel ayının əvvəlindən təsirli olan qum fırtınası yenidən paytaxt Bağdad və ölkənin cənubuna təsir edib. İraq mətbuatındakı xəstəxana qaynaqlarına əsaslanan xəbərdə ölkənin orta və cənubunda təsirli olan qum fırtınası səbəbiylə nəfəs darlığı çəkən 400-dən çox adamın xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xəbərdə Bağdadda 100-dən çox, Nəcəfdə 70-dən çox, Diyaledə 50-dən çox, Ənbada 50-dən çox, Babildə 100-dən çox, Divaniyyə, Simava və Meyasanda onlarla adam xəstəxanaya yerləşdirilib.
İraqda qum fırtınası səbəbindən Bağdad Beynəlxalq Hava Limanı və Beynəlxalq Nəcəf Hava Limanında uçuşlar dayandırılıb. Qum fırtınası nəticəsində 5 nəfər öldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB