Ukraynada Rusiya ordusuna məxsus 40-a yaxın döyüş təyyarəsini vurduğu iddia edilən və bu yaxınlarda dünyasını dəyişən “Kiyev kabusu” ləqəbli ukraynalı pilotun real olmadığı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya hücumlarından sonra "Kiyevin kabusu" ləqəbli ukraynalı pilotun Rusiya ordusuna aid 40-a yaxın döyüş təyyarəsini vurduğu iddia edilib. Sözügedən pilotun 29 yaşlı mayor Stepan Tarabalka olduğu və martın 13-də dünyasını dəyişdiyi bildirilib.
“Kiyev kabusu”nun tək pilot deyil, Ukraynanın paytaxtı Kiyevi qoruyan Hərbi Hava Qüvvələrinin 40-cı Taktik Aviasiya Komandasının bütünlükdə olduğu düşünülür. Ukrayna Baş Qərargahı dünənki açıqlamasında bildirib ki, Rusiya indiyədək müharibədə 190 təyyarə və 155 helikopter itirib. Lakin müstəqil hərbi analitiklər fərqli rəqəmlər söyləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB