Rusiya qazının Ukrayna ərazisi ilə tədarükünə dair müraciətlər kəskin artıb
Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini istehlakçıların müraciətlərinə uyğun olaraq davam etdirir. SİA xəbər verir ki, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorunun məlumatları göstərir.
Alıcıların müraciətlərinə əsasən, mayın 2-də Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 98,89 mln. kubmetr təşkil edir, bu da 26 aprel tarixinə olan göstərici (“Qazprom” tərəfindən Bolqarıstan və Polşaya qazın dayandırılmasından öncə ki gün – red.) ilə müqayisədə təqribən 76% çoxdur.
Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB