Ukraynanın Mariupol şəhərində həftələrdir mühasirədə qalan onlarla mülki vətəndaşın həm Ukrayna, həm də Rusiyanın nəzarəti altında olan ərazilərə təxliyyəsinə başlanıldığı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təxliyə edilən mülki vətəndaşlardan bəzilərinin Ukraynanın ən böyük polad zavodlarından biri olan “Azovstal Steelworks”dən xilas edildiyi bildirilib. Təxminən 9 kvadrat kilometr ərazini əhatə edən fabrik Ukraynadakı müqavimətin son qalasına çevrilib.
Rusiya onlarla mülki şəxsin nəzarətində olan kəndə çatdığını açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski “Twitter”dəki mesajında qeyd edib ki, böyük bir qrup insan Ukraynanın nəzarətində olan Zaporojya şəhərinə doğru hərəkət edir.
Zelenski, "100 nəfərlik ilk qrup nəzarətimiz altında olan əraziyə köçdü. Onlarla sabah Zaporojyada görüşəcəyik. Komandamıza minnətdarıq. Obyektdəki digər mülki şəxslərin təxliyəsi üçün BMT ilə birlikdə çalışırıq" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB