Atan “nasistlər” deyilmiş... amerikanlarmış..?

Politico: Hərbi təlim keçmiş amerikalılar Ukraynadakı döyüşlərdə iştirak edirlər
Atan “nasistlər” deyilmiş... amerikanlarmış..?

"...Döyüş təlimi keçmiş amerikalılar minlərlə digər əcnəbi ilə birlikdə Ukraynadakı hərbi əməliyyatlarda Kiyevin tərəfində iştirak edir”. Deməli, dünən, bazar günü belə bir ehtimali qiymətləndirmə Amerikanın “Politico” qəzetində dərc olunan məqalədə yer alıb.

SİA-nın əldə etdiyi məlumata görə, materialda qeyd olunur ki, Ukraynada, xüsusən də amerikalı Harrison Cozefoviçin başçılıq etdiyi “Task Force Yankee” qrupu fəaliyyət göstərir. O, əvvəllər İllinoys ştatının Çikaqo şəhərində polis məmuru kimi çalışıb. Bundan əlavə o, ABŞ ordusunun quru qoşunlarında xidmət edib.

Deyilənə görə, Cozefoviç nəşrin jurnalistlərinə adı çəkilən qrupda “190-dan çox könüllü”nün olduğunu və onlardan bəzilərinin döyüş əməliyyatlarında iştirak edəcəkləinin gözlənildiyini bildirib. Onun sözlərinə görə, bunun üçün əvvəllər silahlı qüvvələrdə xidmət etmiş xüsusi şəxslərdən istifadə olunur.

Nəşr qeyd edir ki, Yanki İşçi Qrupunun üzvləri Kiyevin maraqları naminə Ukraynanın şərq və cənub bölgələrindəki döyüş xəttlərinə dərman və ərzaq çatdırılmasını asanlaşdırır.

“Bu gün bir çoxları amerikalıların ukraynalılar və digər ölkələrin könüllüləri ilə birlikdə Rusiya qüvvələrinə qarşı döyüşdüyünü güman edirlər. Amma ABŞ qoşunları birbaşa döyüşlərdə iştirak etmirlər. Onların əsas rolu hərbi texnika, humanitar və maliyyə yardımı çatdırmaqdır”. Bu “Politico”da yer alan məqalədən götürülüb.

“...İddia olunur ki, Ukraynanın Vaşinqtondakı səfirliyi “döyüşlərdə kömək etmək istəyən minlərlə amerikalının müraciətlərinə baxılması zərurəti ilə üzləşib”. Bu da həmən məqalədə yer alıb.

Materialda o da bildirilir ki, guya Ukrayna tərəfi “internetdən ölkədəki xarici qoşunlara könüllülər cəlb etmək üçün istifadə edir”. Nəşrin yazdığına görə, bu gün Ukraynada minlərlə amerikalı və digər könüllülərin olduğunu Cozefoviç də (guya) etiraf edib.

Yeri gəlmişkən, aprelin 27-də Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti Ukrayna ərazisində 50 ölkədən gələn muzdluların da daxil olduğu ən azı 16 müxtəlif silahlı birləşmənin yaradıldığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə