Finlandiya hazırda tikanlı məftilli hasarın olduğu Rusiya ilə sərhəddə divar çəkməyi planlaşdırır. Bununla onlar şərq sərhədlərində təhlükəsizliyi artırmaq istəyirlər.
SİA “nv.ua” saytına istinadən bildirir ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə, “yüksək riskli ərazilərdə” hasarlar tikmək qərarına gəlib. Söhbət sərhəd keçid məntəqələrindən və onlara bitişik ərazilərdən gedir.
Sərhədçilərin dediyinə görə, hələlik hazırlıq təhlili aparılır. Hasarın tikintisi ilə bağlı qərarı isə dövlət rəhbərliyi verməlidir.
Finlandiyanın Daxili İşlər Nazirliyi sərhəd hasarlarının tikintisinə hazırlığın Finlandiyanın əməliyyat hazırlığının bir hissəsi olduğunu bildirib. Onlar ölkəni Rusiya Federasiyasının hibrid müharibəsi apararaq Finlandiya sərhəddinə “qaçqınlar” göndərəcəyi vəziyyətə hazırlamaq istəyirlər.
Qeyd edək ki, Finlandiya ilə Rusiya arasındakı sərhədin uzunluğu 1343 kilometrdir. Finlandiya sərhədçiləri hasarın sərhəddə nə qədər qalacağını dəqiqləşdirməyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB