“Rusiya XİN rəhbəri deyib ki, Moskva guya Zelenskidən təslim olmağı tələb etmir. Kremlin Zelenskidən tələbi budur ki, o öz hərbçilərinə müqaviməti dayandırmağı əmr etsin”.
Qeyd edək ki, Sergey Lavrovun İtaliyanın “TgCom24” telekanalının efirindən səsləndirdiyi bu fikirləri Ukrayna tərəfi “növbəti cəfəngiyyat” adlandırıb.
SİA bu barədə “unian”a istinad edir.
"Zelenski öz nasist batalyonlarına cinayət əmri verməyi dayandırsa, yəni onları döyüşməməyə məcbur edərsə, bu halda sülh gətirə bilər. Biz onun təslim olmasını istəmirik, döyüşü dayandırmaq əmrini verməsini istəyirik. Məqsəd ölkədə rejim dəyişikliyi deyil. Biz yalnız Ukraynanın şərqindəki insanların təhlükəsizliyini təmin etmək istəyirik ki, onlar nasizm tərəfindən təhlükəyə məruz qalmasınlar”, - Lavrov belə deyib.
Bundan əlavə xarici işlər naziri Ukrayna tərəfini Rusiya Federasiyası ilə danışıqları sabotaj etməkdə ittiham edib: “Kiyev Rusiya ilə danışıqları sabotaj edir, Vladimir Zelenskinin özünün “həftədə yeddi cümə günü” var”. Bunu da Lavrov deyib.
Qeyd edək ki, Lavrov Rusiyanın total müharibə elan edib etməyəcəyi ilə bağlı da sualı cavablandırıb: “Hərbçilərimiz konkret tarixlə öz hərəkətlərini planlaşdırmırlar. Ukraynada baş verənlərin tempi mülki əhali və rus ordusu üçün risklərin minimuma endirilməsi zərurətindən asılıdır”-deyə nazir bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB