Kuleba Almaniya hökumətini tənqid edib

Kuleba Almaniya hökumətini tənqid edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniya hökumətini ölkəsinə yardım etməkdə və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarlar verməkdə daha qətiyyətli davranmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

Kuleba Almaniyanı Ukrayna ətrafında vəziyyətlə bağlı qərarlar baxımından Avropa İttifaqının ən qətiyyətsiz ölkələrindən biri adlandırıb. O, Berlini Avropada, hər şeydən əvvəl şərq siyasətinin qurulmasında aparıcı rol oynamağa çağırıb.

Nazir Almaniyadan ölkəsinə yardım baxımından vacib hesab etdiyi üç prioriteti qeyd edib: “Birincisi, Ukraynanın ehtiyac duyduğu bütün silahların tədarükü ilə bağlı maneələrin aradan qaldırılması. İkincisi, Rusiyaya qarşı sanksiyalar məsələsi ilə bağlı. Üçüncüsü, Ukraynanın Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi məsələsində”.

O bildirib ki, müharibədə Rusiya qalib gəlsə, Avropada onilliklər ərzində sabitlik və təhlükəsizlik olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com