"...Bu gün Ukrayna hadisələri fonunda baş verənlərə rəğmən Gürcüstanın ABŞ-dan daha əsaslı siyasi dəstəyə ehtiyacı var”. Qeyd edək ki, bunu prezident Salome Zurabişvili bildirib.
Onun sözlərinə görə, bu günkü yaşantılar Moskva üçün "vacib siqnal" ola bilər. Belə görünür ki, ölkəsinin lazımi təhlükəsizlik təminatlarına malik olması üçün Zurabişvili həmçinin Tbilisinin NATO-ya üzv olmaq kursunu da təsdiqləyir. O da maraqlıdır ki, ekspertlər gürcü liderinin bu cür ritorikasını “Qərbə xitab” kimi qiymətləndirirlər. Eyni zamanda, analitiklərin qeyd etdiyi kimi, ölkə rəhbərliyi başda olmaqla əksər gürcü səlahiyyətliləri Rusiya Federasiyası ilə iqtisadi əlaqələrin vacibliyini dərk edərək, Moskvaya qarşı açıq təxribatlardan da çəkinirlər.
Beləliklə, bu gün Ukrayna böhranı fonunda Gürcüstanın ABŞ-dan daha çox siyasi dəstəyə ehtiyacı var. Qeyd edim ki, bu fikri ölkə prezidenti Salome Zurabişvili “The Hill” nəşrinə verdiyi müsahibəsində bildirib.
“Biz indi hərbi yardım və ya buna bənzər bir şey yaratmaqdan deyil, Gürcüstan və Moldovaya daha fəal siyasi dəstək göstərməkdən danışırıq”. Bunu da prezident Salome Zurabişvili məlum müsahibəsində bəyan edib.
O ümid etdiyini bildirib ki, Bayden administrasiyasının tezislərində Gürcüstana daha çox diqqət yetiriləcək. Onun fikrincə, bu, Moskvaya da “vacib siqnal” vermək üçün lazımdır.
Maraqlıdır ki, Zurabişvili hazırda Rusiyanın ordunu təhvil vermək və mümkün yeni əməliyyata başlamaq üçün resurslara malik olduğuna da şübhə edib.
Gürcü prezident həmçinin Tbilisinin NATO-ya olan istəklərinin dəyişməzliyini də təsdiqləyib: “Yalnız onu deyə bilərəm ki, biz təhlükəsizlik zəmanəti istəyirik və iki ərazimizi işğal edən Rusiya ilə çiyin-çiyinə yaşayan kiçik ölkə kimi biz təhlükəsizlik təminatlarından imtina edə bilmərik”.
Etiraf edilməlidir ki, ABŞ hökuməti, Gürcüstanla bağlı bu problemləri, təbii ki, nəzərə alır. Məsələn, elə bu il martın ortalarında Dövlət Departamenti Gürcüstan universitetlərində jurnalistika müəllimlərinin hazırlanması üçün təxminən 250 min dollar ayırmaq niyyətindədir.
Bundan əlavə, Dövlət Departamentinin 2023-cü maliyyə ili üçün büdcə layihəsində Tbilisi ilə bağlı proqramların maliyyələşdirilməsi üçün 88 milyon dolların ayırılacağı bildirilir. "...ABŞ-ln bu yardımı Gürcüstanın demokratik və iqtisadi inkişafına, onun Avro-Atlantik inteqrasiyasına kömək edəcək və ölkəni Kremlin bədxah təsirinə qarşı dayanıqlı edəcək”. Bu, ABŞ tərəfindən verilən açıqlamada deyilir.
O da maraqlıdır ki, bu gün qərbyönlü xarici siyasət istəklərinə baxmayaraq, Tiflis Moskva ilə tam qarşıdurmaya getməyə cəsarət etmir. Məsələn, onlar Qərbin Ukraynada keçirilən xüsusi əməliyyata görə tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qoşulmamaq qərarını da bu qəbildən saymaq olar.
“Xalqımızın milli maraqlarını nəzərə alan Gürcüstan maliyyə və iqtisadi sanksiyalarda iştirak etmək niyyətində deyil. Çünki bu, ölkəmizə və əhalimizə daha çox ziyan vuracaq” . Deyum ki, bu gürcü baş nazir İrakli Qaribaşvilinin sözləridir. O bunu hələ fevralın 25-də bildirmişdi. Yadınızda olar, gərək ki, buna görə Ukrayna tərəfi Tbilisidəki səfirini də geri çağırmışdı.
...Amma, martın 31-də Salome Zurabişvili CNN telekanalına müsahibə verərkən Gürcüstanın Rusiya Federasiyasına qarşı bütün beynəlxalq maliyyə məhdudiyyətlərində və Ukraynanı dəstəkləmək üçün yaradılan bütün beynəlxalq qətnamələrdə iştirak etdiyini bildirmişdi.
...Lakin... yenə də Zurabişvili demiş “iki ərazimizi işğal edən Rusiya ilə çiyin-çiyinə yaşayan kiçik ölkə kimi” Gürcüstan başqa nə edə bilər ki? Təbii ki, gürcü lideri də başa düşmək olar...
Bundan əlavə, bu gün Gürcüstan hakimiyyəti Rusiya Federasiyasından iqtisadi asılılığın dərəcəsini ayıq şəkildə başa düşməklə yanaşı həm də qiymətləndirir...
Məhz buna görə də, bu gün Gürcüstanın Rusiyaya qarşı "leqal və ya qeyri leqal" şəkildə “təcavüzkar” və “işğalçı” kimi ittihamlar səsləndirməsinə baxmayaraq, o eyni zamanda bu ölkə ilə ticarətini də davam etdirir. Çünki Gürcüstan rəhbərliyi sosial-iqtisadi vəziyyəti və buna görə də öz postlarını riskə atmaq istəmirlər..
Əslində bunu gürcü səlahiyyətlilərinin fikri kimi də qəbul etmək olar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB