Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin İrəvanın mərkəzindəki çadır düşərgəsinə baş çəkib.
SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Bazar günü başlayan müddətsiz etiraz aksiyasında ölkənin ikinci prezidenti Robert Köçəryan da iştirak edib. Sarkisyan etirazçılarla söhbət edib, onlarla hələ bir şəkil də çəkdirib.
Bildirək ki, bir müddət əvvəl parlamentin “Hayastan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətin Fransa meydanında çadırlar quraraq orada gecələyəcəyini bildirmişdi. Onun sözlərinə görə, irimiqyaslı vətəndaş itaətsizliyi aksiyaları bazar ertəsi Moskva vaxtı ilə saat 07.30-dan başlayacaq, küçələr və magistral yollar bağlanacaq. İrəvanın mərkəzində nəqliyyatın hərəkətini iflic etmək planlaşdırılır.
Qeyd edək ki, Ermənistan müxalifəti aprelin 25-dən bütün Ermənistanda etiraz aksiyaları keçirir, belə ki, hesab edir ki, hakimiyyətin siyasəti “Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası üçün dağıdıcıdır, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyin itirilməsini hədələyir.”. Deyilənə görə, İcevan və Tiqranaşen şəhərlərindən olan müxalifətçilər də mitinqdə iştirak etmək üşün İrəvana yollanıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB