Rusiyanın Stokholmdakı səfirliyinin nümayəndəsi Rusiyaya məxsus An-30 təyyarəsinin krallığın hava məkanına daxil olması iddiası ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Ann Linde İsveç radiosuna müsahibəsində bildirib.
“Hava sərhədləri pozulduqda, reaksiya verməli və bunun yolverilməz olduğunu söyləməliyik. Və təbii ki, biz səfirliyə müraciət edirik və nümayəndə etirazı qəbul etmək üçün XİN-ə gəlməlidir”, – o deyib.
İsveç mətbuatına yayılan xəbərə görə, Rusiyanın An-30 turbovintli təyyarəsi cümə günü gecə Danimarkanın Bornholm adasının şərqində İsveç hava məkanına daxil olub və daha sonra ərazini tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB