İraqda neft emalı zavodu raket atəşinə tutulub

İraqda neft emalı zavodu raket atəşinə tutulub

İraqın Ərbil şəhəri raket atəşinə tutulub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, neft emalı zavodunun yaxınlığında 6 raket partlayıb.

Ölən və zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə