Hindistan “Xiaomi”nin 725 milyon dollarını müsadirə etdi, çünki...

Hindistan İcra Departamenti tərəfindən sosial mediada yayımlanan yazıda bildirilir...
Hindistan “Xiaomi”nin 725 milyon dollarını müsadirə etdi, çünki...

Hindistan qeyri-qanuni köçürmələr edərək ölkənin valyuta qaydalarını pozduğu səbəbilə Çinin smartfon nəhəngi “Xiaomi” şirkətinin 725 milyon dollarına əl qoyub.

SİA-nın əldə etdiyi məlumata görə, Hindistan İcra Departamenti tərəfindən sosial mediada yayımlanan yazıda bildirilir: “Valyuta qanunlarını pozduğu üçün “Xiaomi”dən 725 milyon dollar müsadirə edildi”.

Müsadirə qərarı qeyri-qanuni köçürmələrlə bağlı narahatlıqlarla əlaqədar fevral ayında başlanılan istintaqdan sonra verilib. İstintaqda smartfon istehsalçısının “royalti” ödənişləri adı altında 3 xarici təşkilata 725 milyon dollar köçürdüyü bildirilib. Şirkət müəllif hüquqları ilə bağlı ödənişlərin və ifadələrin qanuni və doğru olduğunu iddia edərək anlaşılmazlıqları aradan qaldırmaq üçün hökumətlə yaxından görüşmək istəyir.

Qeyd edək ki, Hindistan 2020-ci ildə Çinlə sərhəd münaqişələrinə görə 100-dən çox Çin mobil tətbiqini qadağan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə