ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə ABŞ hərbçilərinin Ukraynaya cəlb edilməsinə dair qətnamə layihəsini təqdim edib. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sənədin izahatında deyilir: Bu təşəbbüs ABŞ prezidentinə “Rusiya Federasiyasının Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün” ABŞ hərbi qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.
Konqresmen özü bildirib ki, o, ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiya qüvvələrinin bu cür silahlardan istifadəsinin mümkünlüyü barədə danışıb. “Mən əminəm ki, Birləşmiş Ştatlar dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”, - deyə Kinzinqer bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Konqresi ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım üçün əlavə 33 milyard dollar ayrılması xahişinə baxmağa başlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB