“Körpünün uçması təxribatdır..?”

“Körpünün uçması təxribatdır..?”

“...Kursk vilayətində dəmir yolu körpüsünün “qismən dağılması” təxribat nəticəsində baş verib”

SİA-nın əldə etdiyi məlumata görə, bunu regionun qubernatoru Roman Starovoit öz Telegram kanalında bildirib.

Starovoit baş verənləri təxribat adlandırıb: “Bu, təxribat idi, cinayət işi açılıb. İndi istintaq orqanları, hüquq-mühafizə orqanlarının mütəxəssisləri bunu daha ətraflı araşdıracaqlar”. Kurskun qubernatoru deyib bunu.

Qeyd edək ki, Kursk vilayətində körpünün “qismən” uçması mayın 1-də məlum olub. Starovoitin məlumatına görə, körpü Sudja-Sosnovy Bor dəmir yolunun 67-ci kilometrliyində uçub. Hələlik ölən və yaralananlar la bağlı heç nə deyilmir.

Bu barədə isə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Natalya Zarubina bildirib. O, onu da əlavə edib ki, çökmə baş verən ərazi əsas dəmir yolu deyil, yəni "qatarların daim hərəkət etdiyi yer deyil".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə