Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqresi Nümayəndələr Palatasının sözçüsü Nensi Pelosi ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Prezident Aparatından verilən məlumata görə, V.Zelenski paytaxt Kiyevə gedən N.Pelosini qəbul edib.
Səfərin əhəmiyyətini qeyd edən Ukrayna prezidenti deyib: "Mən bu dəstəyə görə çox minnətdaram. Bu səfər ABŞ xalqı, konqresi, onun iki partiyası (respublikaçılar və demokratlar) tərəfindən Ukraynaya güclü dəstək işarəsidir. Bu, ABŞ-ın Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməkdə lider olduğunu göstərir. Ukraynanın suverenliyi və onun ərazi bütövlüyünü müdafiə etdiyinə görə sizə təşəkkür edirəm.
ABŞ prezidenti Co Bayden konqresə Ukraynaya 33 milyard dollarlıq maliyyə yardımı ayırma çağırışı bizim üçün əhəmiyyətlidir”.
ABŞ Konqresi Nümayəndələr Palatasının sözçüsü Nensi Pelosi də öz növbəsindəki çıxışında bildirib: “Bu gün Ukrayna azadlıq uğrunda qəhrəmancasına mübarizə aparır. Müharibə davam etdikcə ABŞ rəsmi Kiyevə yardım edəcək. Ukrayna azadlığın sərhəddidir”.
Söhbətdən sonra Volodimir Zelenski Ukrayna ilə ABŞ arasında əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfəsinə, suveren, müstəqil və demokratik Ukraynaya verdiyi dəstəyə görə N.Pelosiyə “Şahzadə Olqa ordeni”ni təqdim edib.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB