Rusiyanın Samara vilayətinin kəndlərindən birində bağ evində baş verən yanğın nəticəsində 4 nəfər ölüb.
SİA-nın məlumatına görə, bu barədə rayon prokurorluğu tərəfindən məlumat yayılıb.
Məlumata görə, Şiqonski rayonunun Aktuşi kəndindəki bağ evində yanğın mayın 1-nə keçən gecə baş verib. Yanğın zamanı 3 yaşlı qadın və bir kişinin öldüyü müəyyən edilib.
Şiqonski rayon prokurorluğu yanğın təhlükəsizliyi qanunvericiliyinin icrası ilə bağlı yoxlama təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB