Ukrayna ordusu Zmeynı adasına müdaxilə edib

Ukrayna ordusu Zmeynı adasına müdaxilə edib

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Zmeynı adasındakı mövqelərinə hücum ediblər, Ukrayna saytlarını yazdığına görə, hücum nəticəsin də rusların komanda məntəqəsi vurulub və bundan əlavə ruslara məxsus “Strela-10” zenit-raket kompleksini məhv edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.

“...Qara dəniz əməliyyat zonasında qoşunlarımız Zmeyn adasında düşmən mövqelərini darmadağın edib. Komanda məntəqəsinə zərbə endirilib, "Strela-10" zenit-raket kompleksinin məhv edilməsi də qeydə alınıb”, Bunu Ukrayna tərəfi yayıb.

Əlavə olaraq onlar rusların canlı itkilərini dəqiqləşdirirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə