İyunda Ukraynaya Aİ-yə üzv namizəd statusu veriləcək

İyunda Ukraynaya Aİ-yə üzv namizəd statusu veriləcək

Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin iyunda baş tutacaq görüşündə Ukraynaya üzv namizəd statusu veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.

Baş nazirin müavini deyib ki, sənədlərin Aİ-yə ötürülən hissəsi artıq işlənib.

O qeyd edib ki, Aİ-yə namizəd statusunun əldə edilməsi imkanlarını qiymətləndirmək üçün sorğunun doldurulmuş birinci hissəsi Avropa Komissiyasına göndərilib. Hazırda ikinci hissə üzərində iş gedir.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bu yay yekun rəy verəcəyini vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə